
Türkiyənin "Bursaspor" futbol komandasının baş məşqçisi Hamza Hamzaoğlu istefaya göndərilib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu haqda qərar Super Liqanın XVIII turunda "timsahlar"ın evdə "Adanaspor"a 0:1 hesabı ilə uduzduğu oyundan sonra verilib.
Komandada 2015-ci il dekabrın 17-dən çalışan 47 yaşlı mütəxəssisə xidmətlərindən dolaşı minnətdarlıq edən rəhbərlik ona gələcək karyerasında uğurlar arzulayıb. Bu istefadan cəmi iki gün öncə "Bursaspor"un prezidenti Ali Ay "Hamzaoğlu ilə davam qərarı verdim. Onun arxasındayam" demişdi.
Qeyd edək ki, "Bursaspor"da Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz da çıxış edir.