Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün son yoxlama oyunlarına çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqiblər Qazaxıstanın "Atırau" və Polşanın "Termalika" klubları olub.
Ardıcıl keçiriləcək qarşılaşmalarda Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov fərqli heyətlərə güvənib. "Atırau" ilə qarşılaşmada ehtiyatda qalan oyunçular və gənclər üstünlük təşkil edib. Görüş Qazaxıstan təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Kənd komandası sayılan "Termalika" ilə oyunda isə əsas heyət üzvləri sınanıb. İlk yarım saat ərzində "Qarabağ" 2-si rəqib, 1-i isə öz qapısına olmaqla, 3 qol vurub. Oyunun sonlarında komandalar hərəyə bir dəfə fərqlənib. Nəticədə Azərbaycan komandası görüşü qələbə ilə başa vurub.