1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Abasov: "Yeni transferlərdən tam razı qalmadım"
"Çətin səfər oyunu oldu. İstirahətdən sonra belə oyuna çıxmaq ağır idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib.
O bildirib ki, komandası üçün həyəcanlı keçən görüşdə qol vurduqdan sonra qapılarında tezliklə qol görmələri təəssüfləndiricidir: "Təlim-məşq toplanışında mövqelərdə dəyişiklik üzərində işləyirdik. "Sumqayıt" adına həyəcanlı oyun keçdi. Düşünürdük ki, qol epizodlarını oyunun sonlarına doğru yaxalayacağıq. Ona görə də sürətli oyunçularımızı ikinci hissədə meydana buraxdıq. Qolumuzu vurduq, amma təəssüf ki, tezliklə standart vəziyyətdən top buraxdıq".
Abasov yeni transferlərdən tam razı qalmadığını da vurğulayıb. Gənc mütəxəssisin fikrincə, bu, normal haldır: "İlk oyununa çıxırlar, özü də fərqli ölkədə. Amma tapşırıqlarının öhdəsindən gəlməyə çalışdılar. Komandadan tam razı olmasam da, ən azı döyüşkən komanda gördüm. Xüsusən, müdafiəçilərimizin. Onların sayəsində heç-heçəyə nail olduq".