Azərbaycan Premyer Liqasında XV turun hazırda davam edən "İnter" - "Kəpəz" matçında ilk qol topun dəyişdirilməsi ilə eyni vaxta təsadüf edib.
Sportnet.az-ın məlumatına görə, "İnter Arena"nın örtüyünü qarın örtməsi səbəbindən baş hakim Rəhim Həsənov 39-cu dəqiqədə ağ topun qırmızısı ilə əvəzlənməsini istəyib.
Bu, "Kəpəz"in cərimə zərbəsini yerinə yetirməyə hazırlaşdığı epizoda təsadüf edib. Qırmızı topa yaxınlaşan kapitan Tural Axundov gözəl qolla hesabı açıb.
"İnter" isə bərabərlik qolunu ilk yarının uzatma dəqiqələrinin son saniyələri tamamlanandan bir neçə saniyə sonra vurub. Həmin vaxt referi meydan sahiblərinə hücumu tamamlamaq imkanı yaradıb. Nəticədə "İnter"in kapitanı Nizami Hacıyev fərqlənərək, hesabda tarazlıq yaradıb - 1:1.
Qeyd edək ki, fasilə zamanı meydanın qardan görünməz hala düşən xətləri təmizlənib.