1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahin Diniyev: "Məni istefaya səsləməli idilər" - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının XV turunda səfərdə "İnter”ə 1:4 hesabı ilə uduzan "Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb...
- Danışmağa söz tapmıram. Bu gün "Kəpəz” son 1,5 il ərzində ən zəif futbolunu oynadı. Komanda hesabda öndə olan zaman topu çıxara bilmirsə, qələbə qazanmağa haqqımız yoxdur. Fasilədən sonra komandanı tanıya bilmədim. Bu gün ümumiyyətlə, komandanı tanımadım. Düzdür, oyunçuların üzərinə çox getmək istəmirəm. Ancaq çox ağır məğlubiyyətdir. İrəli baxmaq lazımdır. Belə oyundan sonra ümidlər tükənir, gəlləcək barədə nikbin danımaq da olmur. Bəlkə də komanda fiziki yüklənmədən sonra bu oyuna tam hazır ola bilməyib. Bəlkə də komandanı mən yaxşı hazırlaşdırmamışam. Qələbə qazana bilərdik. Azarkeşlərdən üzr istəyirəm.
- Komanda fasilədə ölkə xaricinə getmədi. Hazırkı şəraitdə nəyə ümid edirsiz?
- Harda yox, necə məşq keçmək vacibdir. Düzdür, ölkə xaricində yoxlama oyunlarında daha yaxşı komandalarla qarşılaşmaq şansı qazanırsan. Amma bunu səbəb kimi görmürəm. Ümid sonda ölür. Axıra kimi vuruşacağıq. Futbolun iki üzü var - mənfi və müsbət. Bu, başımıza gələn faciə idi. Bundan nəticə çıxarmaq lazımdır. Bu vəziyyətdən çıxmaq üçün əl-ələ verib, birlikdə hazırlaşmalıyıq. Bilirəm ki, bu məğlubiyyətdən sonra çoxlu tənqidlər olacaq. Belə vəziyyətdən bizi nə azarkeşlər, nə də jurnalistlər çıxara bilər. Özümüz çıxmalıyıq.
- Azərbaycanda bəzi oyunçular var ki, hazırda boşdadırlar. Məsələn, Rasim Ramaldanov...
- Bu gün biz 300-500 manat maaş verə bilmirik. Çox istərdim Namiq Ələsgərov bizə qayıtsın. Ancaq "Neftçi”nin şərtləri qarşısında aciz idik. Rəhbərliyi günahlandırmıram. Hazırkı vəziyyət budur. Maliyyəni bəhanə kimi göstərmirəm. Məğlub olmuşuqsa, mənim səhvimdir.
- Bu gün start heyətində bəzi oyunçuların mövqeyində dəyişiklik etmişdiz...
- Komanda uduza bilrər, əsas odur komanda simasını itirməsin. Burda prinsipialıqdan söhbət gedir. Şəhriyar Əliyevin zədələnməsi işimizi çətinə saldı. Mənim əlimdə geniş heyət yoxdur.
- Bu məğlubiyyətə görə rəhbərliyin sizi qınamağa haqqı var?
- Əlbəttə. Hətta süpürgəçi də bizi qınaya bilər. Üzərimizdə əziyyəti olan hər kəs bunu edə bilər. Düzdür, "bəlkələr” çoxdur. Ancaq fakt odur ki, biz bu gün 1:4 hesabı ilə uduzduq. Rəhbərliyin yerində mən olsam, bu hesaba görə komandadan razı qalmazdım.
- Komanda hesabda geri olduğu vaxtda hücumçu Julyen Ebahı əvəzlədiniz...
- Bu gün Ebah aldığı 12 topdan 11-ni itirmişdi. Belə vaxtda, kəmiyyətə yox, keyifiyyətə üstünlük verdim. Bu gün o, özünü doğrultmadı. Buna görə dəyişdim.
- Belə hesablı məğlubiyyətdən sonra azarkeşlərin Sizi istefaya səsləməsindən qorxmadız?
- Bu cür məğlubiyyətdən sonra onlar istefaya səsləməli idilər. Düzdür, elə də çox azarkeş yox idi, ancaq onlardan bu şüarı gözləyirdim.