1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze: "Sponsor gec-tez tapılar" - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının XV turunda evdə "Kəpəz”ə 4:1 hesabı ilə qalib gələn "İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib...
- Qarlı hava şəraitinə baxmayaraq, yaxşı oynadıq. Qol buraxsaq da, yaxşı oyun sərgiləyib qalib gəldik. Şadam ki, çətinliklərə baxmayaraq, yaxşı oyunumuzu davam etdiririk. Bu gün ad günüm idi. Uşaqlar bu qələbə ilə mənə hədiyyə verdilər.
- Sizcə, ilk hissənin sonlarında vurulan bərabərlik qolu ümumi qələbədə nə qədər rol oynadı?
- Bu qolun müəyyən rolu ola bilər. Ancaq həlledici rol oynadığını düşünmürəm. Elə oyunlar olub ki, ilk hissədən sonra məğlub olsaq da, sonda qalib gəlmişik. Bizdə oyunun taleyini həll edəcək yaxşı hücumçular var.
- Komandanız bu gün 3 xal qazansa da, sponsorunu itirib. Siz daha çox qələbəyə sevinirsiz, yoxsa sponsorunuzu itirdiyinizə görə kədərlənirsiz?
- Sponsorla bağlı deyə bilərəm ki, bu, onların öz qərarıdır. Hamının müqaviləsi var. Bizim əsas vəzifəmiz meydana çıxıb, oynamaqdır.
- Bu, oyunçulara təsir etmir?
- Xeyr, uşaqlar bilir ki, yaxşı oynamaq lazımdır. Sponsor yəqin ki, gec-tez tapılar.
- Ötən mövsüm komandanız avrokuboklara vəsiqə qazansa da, çıxış edə bilmədi. Düşünmürsünüz ki, bu il də eyni hal təkrarlansa, bu, haqsızlıq olar?
- Təbii ki, ədalətsizlik olar. Ancaq gördüyünüz kimi əlimizdə olan oyunçularla da yaxşı çıxış edirik. Bu oyunçular komandanı tərk etməsələr, avrokuboklarda çıxış edə bilərik.
- Belə görünür ki, Ağabala Ramazanov və Ruslan Abışovun ayrılmasının komandaya mənfi təsiri olmayıb...
- Əlbəttə, təsiri olub. Ancaq hazırda heyətdə olan oyunçular çalışırlar ki, bu özünü büruzə verməsin.