
"Bursaspor" komandası bu gün Türkiyə Super Liqasında növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, XIX tur matçında "timsahlar" səfərdə "Başakşehirspor"la qarşılaşıb.
"Fatih Terim" stadionunda oynanılmış qarşılaşmanın taleyini uzatma dəqiqələrində vurulmuş qol həll edib.
"Bursaspor"un start heyətində Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz da yer alıb. O, 90 dəqiqə meydanda olub. Komandanı meydana baş məşqçi əvəzi qismində Tunay Akdoğan çıxarıb.
Türkiyə Super Liqası, XIX tur
16:00. "Başakşehirspor" - "Bursaspor" - 1:0
Qol: İrfan Kahveçi, 90+4
Qeyd edək ki, bu nəticədən sonra "Başakşehirspor" 42 xalla liderliyi ələ alıb. Amma ikinci pillədəki "Beşiktaş" hələ hesabat turunun oyununu keçirməyib. "Bursaspor" isə 27 xalla 8-ci pilləyə enib.