
"Qarabağ" və "Neftçi" komandaları arasında qeyri-adi centlmen razılaşması əldə olunub. Sportnet.az-ın məlumatına görə, bu, qış transfer dövründə bir klubdan digərinə keçən Namiq Ələsgərov və Elşən Abdullayevlə bağlıdır.
Ələsgərov "Neftçi"nin, Abdullayev "Qarabağ"ın nəinki start heyətinə, heç "18-liy"inə salınmayıb.
Əslində icarədə olan futbolçunun müqavilə ilə məxsus olduğu kluba qarşı oyunu buraxması hallarına daha çox rast gəlinir. Amma adları çəkilən oyunçuları klublar tamhüquqlu üzv kimi əldə ediblər.