"Qarabağ”ın meneceri Asif Əsgərov son günlərdə klubla bağlı mətbuatda və sosial şəbəkələrdə səsləndirilən fikirlərə cavab verib. Sportnet.az-ın məlumatına görə, klub rəsmisi "Facebook"dakı şəxsi səhifəsində konkret ad çəkməsə də, Ağdam təmsilçisini ittiham edənləri cılızlıqla günahlandırıb.
Əsgərov statusunda bunları yazıb:
"Bir az öncə PSJ - "Monako” oyununun videoyazısına baxdım. Son dəqiqədə "Monako”nun vurduğu qol anında istəməyərək olsa belə, "qol” deyib qışqırdım..
Niyə? Çünki...
… Bu, həmin "Monako”dur ki, onu Azərbaycana gəlməyə məcbur edən komandadır, "Qarabağ”.
Bu həmin "Qarabağ”dır ki, "Monako”nu topla "döyüb”, onu cəmi 1 xal qazanmağa sevinməyə məcbur edib.
Bu, həmin "Qarabağ”dır ki, "Böyük beşlik” ölkələrindən dördünün komandalarını Azərbaycan azarkeşinə canlı izləmək imkanı yaradıb.
Və bu "Qarabağ” məğlubiyyət ruhunu unutduran, azarkeşini stadiona QƏLƏBƏ umidi ilə gətizdirən komandadır. Bu, həmin "Qarabağ”dır ki, oynadığı hər bir ölkədə hamını QARABAĞ və AZƏRBAYCAN sözünü yanaşı səsləndirməyə məcbur edib.
Və... cənab prezident tərəfindən "…Siz o anda da öz təmkininiz, səbriniz, duruşunuzla Azərbaycan mədəniyyətini bütün dünyaya göstərdiniz!” qiymətini alan komandadır "Qarabağ”...
Biz o qədər cılız deyilik ki...
... Çalışın özünüzün günahlarını bilərəkdən artırmayın.. Günah ovucumuzun içindədir. Ovucunuzu bərk sıxın ki, özümüzü də qoruyaq, ətrafımızı da…”
Xatırladaq ki, son vaxtlar "Qarabağ"a hakimlərin kömək etməsi ilə bağlı ittihamlar səslənir.