Azərbaycan Premyer Liqasında XVI turun qarşılaşmaları üçün bütün təyinatlar müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, AFFA Hakimlər Komitəsi FİFA referindən heç kimə baş hakim kimi oyun verməyib. Əliyar Ağayevlə Ömər Paşayev hazırda İspaniyanın Malaqa şəhərində UEFA-nın təşkil etdiyi kurslardadır. Rəhim Həsənov isə əlavə köməkçi-hakim funksiyasını yerinə yetirəcək.
Ötən tur "Qarabağ" - "Neftçi" matçında qonaqların lehinə penalti təyin etməyən Ramil Diniyev isə bu dəfə kənarda qalıb.
3 fevral (cümə)
15:00. AZAL – "Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Asim Xudiyev
"AZAL Arena”
17:00. "Qəbələ” – "Neftçi”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu
4 fevral (şənbə)
14:00. "Zirə" – "Kəpəz”
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Coşqun Həsənov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu
16:30. "Sumqayıt” – "İnter”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüqar Bayramov, Cəmil Quliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
"Kapital Bank Arena”
Qeyd edək ki, turun bütün görüşləri CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.