1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Dəfələrlə deyiblər ki, Qara Qarayevin "dayday"ı var"
"Futbol bəlkə yeganə sahədir ki, burada "day-day" keçərli deyil. İdman elə bir şeydir ki, hər kəsin qarşısında obyektiv olaarq bununla məşğul olmalısan. İstedadsız uşağın "dayday"ı olsa belə, 8-9 mlyonluq xalqın qarşısında meydana çıxacaq. Bu zaman "dayday"ın heç bir faydası olmayacaq".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Qara Qarayev AFFA-nın "Facebook" səhifəsində "Sualla zərbə" rubrikası çərçivəsində "Azərbaycanda "dayday"sız, öz istedadı ilə üzə çıxmaq mümkündürmü?" sualını cavablandırarkən deyib. Onun fikrincə, idmanda "dayday"ın önəmi yoxdur: "Bu, Azərbaycanda dolaşan fikirdir ki, dayday"ı olmayan idmançılar istər futbolda, istərsə də başqa sahələrdə nəticə qazana bilmirlər. Sırf idmanda "dayday"ın belə bir önəmi, əhəmiyyəti yoxdur. Yaxşı, peşəkar idmançı olmaq istəyirsənsə, çox çalışmalısan. Sözsüz ki, istedadın olsa, səni hansısa pilləyə gətirib qoyacaq".
Qarayev hazırkı səviyyəyə öz gücünə gəlib çatdığını açıqlayıb: "Haqqımda dəfələrlə deyiblər ki, Qaranın "dayday"ı var. Mən bunu dəfələrlə eşitmişəm. Amma harada doğulmuşam, harada yaşamışam, qohumlarım, tanışlarım kim olub - bu haqda ətraflı məlumat toplamaq çox asan olardı. Mən özümü yaxşı futbolçu saymadığımdan, belə nümunə gətirirəm. Azərbaycanda oynayan bütün futbolçular kasıb ailələrdən çıxanlardır. Milli komandaya nəzər salın: Oyunçular arasında futbolla məşğul olmamışdan öncə yaşayış səviyyələri yaxşı olanlar yoxdur".