"Qarabağ"ın futbolçusu Rəşad Sadıqov CBC Sport-da yayımlanan 3-cü hissə verilişinin canlı yayımında "Zirə" ilə yaxın münasibətdə olduqlarına dair iddialara münasibət bildirib.
Elnur Məmmədlinin aparıcısı olduğu və Sportnet.az-ın redaktoru Mehman Süleymanovun da qatıldığı verilişdə 35 yaşlı müdafiəçi bilərəkdən bir-birilərinə xal vermədiklərinə and içib.
O, hətta "Zirə"nin "Qarabağ"a bilərəkdən xal verməsini özü üçün təhqir sayaraq, "Belə oyunlarda iştirak etmişəmsə, Allah bəlamı versin" deyib.