"Şəmkir" klubu baş məşqçisi Qəhrəman Əliyevlə yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, 58 yaşlı mütəxəssis bu gün Azərbaycan çempionatının I Divizionunda səfərdə "Rəvan"a 1:2 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi ilə görüşərək istefa vermək istədiyini açıqlayıb.
Rəhbərlik istefanı qəbul edib. Komandanı müvəqqəti olaraq baş məşqçinin köməkçisi Mehman Yunusov çalışdıracaq. "Şəmkir" 15 oyundan sonra 28 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, ikiqat ölkə çempionu olan "Şəmkir" güclülər dəstəsində çıxış edəndə də Qəhrəman Əliyev baş məşqçisi olub.