
Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi"nin "Kəpəz"lə oyununun ilk yarısında iki epizod daha çox diqqət çəkib. 13-cü dəqiqədə "ağ-qaralar"ın hücumu zamanı Zdenek Foprext qonaq komandanın kapitanı Tural Axundovla mübarizədə yerdə qalıb.
Baş hakim Rauf Cabbarov flaqmanın penalti istəyinə rəğmən, "davam" qərarı verib. Bundan bir dəqiqə sonra isə "Neftçi"nin kapitanı Ruslan Abışov zədələnərək, meydanı tərk etməli olub.