1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Abasova növbəti cəza
"Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə komitənin iclasında qərar çıxarılıb.
Gənc mütəxəssis AZAL komandası ilə Azərbaycan Premyer Liqasının XIX tur matçında texniki zona qaydalarını pozduğu üçün növbəti turda "Zirə" ilə görüşü tribunadan izləməli olacaq. Bu hal ikinci dəfə təkrarlandığından, Abasovun klubu 1600 manat cərimələnib. Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə, "Sumqayıt"a daha ağır sanksiya tətbiq olunacaq.
Növbəti tur qarşılaşmasını "Zirə"nin qapıçısı Anar Nəzirov da buraxmalı olacaq. O, "İnter"lə qarşılaşmanın 74-cü dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alıb. Bununla əlaqədar Nəzirov klubunu 200 manat ziyana salıb. Ötən tur qarşılaşmasında həm də "İnter"in 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən, klub 800 manat cərimələnib.