Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin icarə əsasında çıxış etdiyi "Jilina" komandası bu gün Slovakiya çempionatında XXII turun oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, "sarı-yaşıllar" "Podbrezova"nın qonağı olub. "Zelpo Arena"dakı qarşılaşma 2:2 hesablı heç-heçə ilə nəticələnib.
Şeydayev ilk dəfə "Jilina"nın start heyətində meydana çıxıb. Gənc hücumçu sonadək meydanda olsa da, nə qol, nə də məhsuldar ötürmə müəllifi olub. Şeydayev ötən tur "Zlata Moravtse"ni 4:1 hesabı ilə yendikləri qarşılaşmada debüt etmiş, ikinci hissədə meydana daxil olmuşdu.
Qeyd edək ki, hazırda "Jilina" 20 oyundan 48 xalla 1-ci, "Podbrezova" isə 37 xalla 3-cü pillədə qərarlaşıb.
Slovakiya çempionatı, XXII tur
18:20. "Podbrezova" - "Jilina" - 2:2
Qollar: Matuş Turna, 31. Endi Bernadina, 47 - Filip Qloxovski, 30. Lukas Yanoşik, 75