1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Klublar Assosiasiyasının yeni prezidenti bəlli oldu
Avropa Klublar Assosiasiyasına (ECA) yeni prezident seçilib.
Sportnet.az xəbər verir ki, İtaliyanın "Yuventus” klubunun prezidenti Andrea Anyelli qurumun yeni rəhbəri olub.
Bu, ECA-nın İsveçrənin Cenevrə şəhərində keçirilən XIX Baş Assambleyasında gerçəkləşib. İtaliyalı futbol funksioneri təşkilatın 2-ci prezidenti kimi tarixə düşüb.
2008-ci ilin yanvarında əsası qoyulan ECA-ya indiyə qədər Karl-Haynts Rummenige rəhbərlik edib. Rummenige budəfəki seçkilərdə namizədliyini irəli sürməyib.
Qeyd edək ki, ECA Avropanın 53 milli assosiasiyasından 220 klubu birləşdirən qurumdur. Təşkilatda Azərbaycanı "Qarabağ”, "Qəbələ” və "Neftçi” klubları təmsil edirlər.