1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
DÇ-2026 üçün 41 namizəd şəhər
Futbol üzrə 2026-cı il dünya çempionatına ev sahibliyi etmək üçün birgə namizəd olan ABŞ, Meksika və Kanadanın ümumilikdə 41 şəhəri oyunları keçirməyə hazırdır.
Sportnet.az-ın ESPN telekanalına istinadən xəbər verir ki, bunlardan 32-si ABŞ, 6-sı Kanada, 3-ü isə Meksikadandır. Lakin yekunda 12 şəhərdən 25 stadion seçiləcək və 2018-ci ilin martında rəsmi sifariş formasında FİFA-ya təqdim olunacaq.
2026-cı ildə ilk dəfə 48 ölkə 16 qrupda mübarizə aparacaq və ümumilikdə 80 matç keçiriləcək. Bunlardan 48-i qrup, 32-si isə "pley-off” mərhələsində olacaq. Razılaşmaya əsasən, 60 oyun ABŞ-da, 10 görüş isə Kanada və Meksikada baş tutacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatının təşkili üçün digər namizəd Mərakeşdir. Ev sahibinin adı 2018-ci ilin iyununda Moskvada təşkil olunacaq FİFA-nın Konqresində açıqlana bilər. Bunun üçün namizədlərin proqramı Konqresi qane etməlidir. Əks halda, qalib 2020-ci ildə bəlli olacaq.