1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Orxan Sadıqlı: "Belə səhvləri Noyerlə Buffon da buraxır" - MÜSAHİBƏ
"İnter"in qapıçısı Orxan Sadıqlı "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı qolkiper əvvəlcə oyunu dəyərləndirib...
- Oyuna yaxşı başladıq. Evdə oynadığımızdan, istəkli idik ki, tez qol vuraq. İstədiyimiz kimi oldu. İlk yarım saat ərzində 3 qol vurduq. Sadəcə, 2 dənə elə qol buraxdıq ki... Fikrimcə, bu, arxayınçılıqdan irəli gəldi. "Kəpəz" qollardan birini standart vəziyyətdən, digərini isə mən irəli çıxdığım üçün vurdu. Amma ikinci hissədə toparlanmağı bacardıq. Qol vurmasaq da, top da buraxmadıq. Hamını qələbə münasibətilə təbrik edirəm. Gələn oyunlara hazırlaşacağıq.
- İkinci qol sənin səhvindən vuruldu. Həmin epizodda irəli çıxmağa ehtiyac var idi?
- Mən həmişə irəli çıxıram. Sadəcə, Kərim Diniyevin zərbəsi yaxşı idi. Kərimi təbrik edirəm. Gözəl qol vurdu. Özümə gəldikdə, bir də belə səhv olmaz. Amma bu cür səhvləri Noyer də, Buffon da buraxır. Bir səhvə bağlanmaq lazım deyil. Bu, artıq geridə qaldı. Nəticə çıxarmalı və gələn oyunlarda təkrarlamamalıyam.
- Bu səhvə görə sənə irad bildirən oldu?
- Xeyr. Sağ olsun, əksinə dəstək oldular. Yerimdə başqası da olsaydı, məncə, eyni şeyi edərdilər. Fasilə ərəfəsinə düşmüşdü. İstər-istəməz psixoloji təsir ola bilərdi. Komandamıza təşəkkür edirəm. İkinci hissədə vuruşduq, qələbəni qoruya bildik.
- Bu səhvin sənin özünə təsiri hələ də qalıb?
- Bəli, hələ də beynimdə fırlanır. Sadəcə, oturub səhvimə bir daha baxacaq, analiz edəcəyəm. Öz səhvimdən qol buraxdıqda bunun təsiri bir müddət qalır. Belə bir xasiyyətim də var. Bunları aradan qaldırmaq lazımdır.
- Karyeranda bundan başqa buraxdığın kuryoz qol olub?
- Xeyr. Bu qol mənim üçün yaxşı bir təcrübə oldu.
- Bu, mövsümün qolu ola bilər?
- Ən yaxşı qollardan biri ola bilər. Amma birincisi olacağını deyə bilmərəm. Bəlkə bundan yaxşıları da olacaq. Amma "10-luğ"a düşəcək.