
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Çelsi" klubu İngiltərə Premyer Liqasında V tur matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib "Arsenal" komandası olub.
"Çelsi"yə məxsus "Stemford Bric" stadionunda keçirilmiş görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. 87-ci dəqiqədə David Luis "Arsenal"ın oyunçusuna qarşı sərt oyuna görə qırmızı vərəqə alıb.
Bu nəticədən sonra "Çelsi" 10 xalla 3-cü, "Arsenal" isə 7 xalla 12-ci pillədə qərarlaşıb.