Yunanıstanın "Olimpiakos” futbol komandasının baş məşqçisi Besnik Hasi istefaya göndərilib.
Hazırda 8 xalla 4-cü pillədə qərarlaşan komandanın yeni baş məşqçisi də məlumdur. Bu, 4-cü dəfə "Olimpiakos”a rəhbərlik edəcək Takis Lemonisdir.
Qeyd edək ki, T.Lemonisin debüt matçı Çempionlar Liqasının II turuna təsadüf edəcək. "Olimpiakos” sentyabrın 27-də İtaliyada "Yuventus”un qonağı olacaq.








































































