1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Emin Mahmudov: "Azərbaycanda oynadığım üçün təəssüflənmirəm"
"Neftçi"nin futbolçusu Emin Mahmudov Gəncədə "Kəpəz"i 1:0 hesabı ilə məğlub etdikləri Topaz Premyer Liqasının IX tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi əvvəlcə matçı dəyərləndirib...
- Çətin oyun oldu. Çünki Gəncə şəhər stadionunda mövsümün ilk oyunu idi. Özüm ilk dəfədir Gəncədə idim. Ab hava, insanların futbolu izləməyə gəlmələri mənə xoş oldu. Çünki digər görüşlərdə azarkeş sayı az olur. Bu amil emosiyaları artırırdı. Əlbəttə, oynamaq ağır idi. Amma əsas odur ki, qalib gəldik.
- Ardıcıl 3 oyundur qalib gəlməyinizin sirrini, uğurun reseptini nədə görürsünüz?
- Resept hər zaman eynidir: Hamımız birgə işləyir və hər şeyi birgə yerinə yetiririk. Baş məşqçimiz kömək edir. Əsas məsələ istəkdir. Bu istəklə çalışır və qalib gəlməyə can atırıq. Çünki "Neftçi" aşağıda ola bilməz, yüksəlməlidir. Son qələbəsinədək belə də davam etməlidir.
- "Neftçi"yə çətin vəziyyətdə gəldin. Hazırda özünü kollektivdə necə hiss edirsən?
- Özümü normal, yaxşı hiss edirəm. Kollektiv məni dəstəkləyir. Məşqçilər heyəti, hamı bir məqsəd uğrunda çalışır. Hər bir qələbə, hər bir oyun mənim üçün "Boavişta"da çatışmayan oyun vaxtıdır.
- "Boavişta"dan ayrılmağının səbəbi nə idi? Portuqaliya klubunfa niyə heyətə düşə bilmirdin?
- Səbəbini bilmirəm. Hətta qol vurduğum oyundan sonra da oyuna buraxmadıqlarını gördükdə anladım ki, mənə etibar etmirlər. Nəyisə dəyişmək lazım idi.
- Rusiyada bəzi mütəxəssislər iddia edirlər ki, sən və Ramil Şeydayev Azərbaycan millisi və karyerasını seçdikdən sonra bura itib-batacaqsınız...
- Mən belə iddialara fikir vermirəm. Çünki bu, mənim seçimim, mənim həyatımdır. Mən ən yaxşı variantı seçmişəm və heç nəyə təəssüflənmirəm. Çünki hər zaman irəli baxıram.
- "Neftçi"də qalmaq, yoxsa yenidən Avropa səhnəsinə qayıtmaq fikrindəsən?
- Baxarıq, görək, işlər necə gedir.
- Necə düşünürsən: "Neftçi" çempionluq da olmasa, mükafatlardan birinə sahib ola biləcək?
- Bu qaydada işləməyə davam etsək, potensialımız böyükdür. Çünki çoxlu yaxşı futbolçumuz var. Həm gənc və perspektivli, həm də təcrübəli oyunçulara malikik. Yaxşı komanda formalaşıb. Sadəcə, özünə inanmaq və oyundan-oyuna yüksəlişə keçmək, hər bir matçda qalib gəlmək lazımdır. Xalları isə yazda sayarıq.
- Son iki oyunda milli komandaya çağırılmamağın sənə necə təsir etdi?
- Həmin vaxt oynamadığımdan, bu, məndə heç bir təəccüb yaratmadı. Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqadakı fasilə mənə kömək etdi. "Neftçi"də daha çox məşq etdim, daha yaxşı forma yığdım. Fiziki baxımdan çox çalışdım ki, özümə gəlim. Millinin son iki matçını buraxmağım ağırdır. Amma bu fasilə olmasaydı, vəziyyət daha da ağırlaşa bilərdi.
- Robert Prosineçkinin Azərbaycan millisində qalmasını istərdinmi?
- Qalsa, yaxşı olar. Qalmasa, nə deyim? Əsas odur ki, milli üçün yaxşı olsun. Qalmasa, inşallah, yaxşısı gələr.