1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Derbidə gərgin anlar - FOTOLAR
"Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçirilmiş Türkiyə Super Liqasının IX tur matçında qol vurulmasa da, bir neçə xoşagəlməz olay baş verib.
Sportnet.az-ın məlumatına görə, 59-cu dəqiqədə yan xətt hakimi Tarıl Onqun tribunadan atılan yad əşya üzündən yerdə qalıb. Xoşagəlməz olay baş hakim Cüneyt Çakırın verdiyi bəzi qərarlara "sarı-qırmızılar"ın fanatlarının etirazlarından sonra başlayıb. Onqun başına dəyən yad əşyadan yerə sərilib. Onu "Fənərbağça" futbolçuları meydanın içərisinə gətiriblər. Bu vaxt oyun qısa müddətə dayandırılıb.
Bundan başqa 8-ci dəqiqədə "Qalatasaray"ın baş məşqçisi İqor Tudor və onun "Fənərbağça"lı həmkarı Aykut Kocaman arasında münaqişə baş verib. Hadisə bir epizoddan sonra ehtiyat oyunçular skamyasındakı futbolçuların bir-birilərinə hücum etmələri üzündən yaranıb. Tudor rəqib komandanın texniki zonasına tərəf yönələrək, Kocamanla söz savaşına başlayıb. Həmkarı əl işarəsi ilə sakit olmasını istəyib. Xorvatiyalı mütəxəssisi araya girən dördüncü hakim və təhlükəsizlik xidməti əməkdaşları sakitləşdirib. Tudor "Fənər"li futbolçu Roman Nöyştedterlə də qısamüddətli münaqişəyə girib.
Qarşılaşmadan sonra isə paltardəyişmə otağına yönələn hakimlərə tribunadan şüşə qab atılıb. Kola qabı "Qalatasaray"ın məşqçisi Ayhan Akmanın qarnına dəyib. Akman bir müddət ağrıdan qarnını tutsa da, sonradan yoluna davam edib.