
"Keşlə" komandasının kapitanı Nizami Hacıyev "Neftçi"yə keçib. Sportnet.az-ın məlumatına görə, bu barədə 29 yaşlı yarımmüdafiəçinin özü jurnalistlərə açıqlamasında bildirib.
Hacıyev mövsümün ilk yarısı bitdikdən sonra yeni klubuna qoşulacağını bildirib. Müqavilə isə noyabrın 20-də bağlanılacaq.
Qeyd edək ki, Topaz Premyer Liqasında mövsümün ilk yarısının bitiminə cəmi 2 tur qalıb.