Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Sofian Fequli komandadan ayrılmaq istəyir.
Sportnet.az-ın "RMC"ə istinadən verdiyi məlumata görə əlcəzairli futbolçu Fransa çempionatında çıxış etmək niyyətindədir. Yarımmüdafiəçi Renn klubunun baş məşqçisi Sabri Lamouçi ilə görüşüb və Fransaya qayıtmaq istədiyini deyib.
Qeyd edək ki, Fequlinin müqaviləsindəki maddəyə görə, futbolçu 250 milyon avro qarşılığında sərbəst qala bilər.