Türkiyənin "Trabzonspor" klubunun aparıcı futbolçularından hesab olunan Burak Yılmaz karyerasını "Barselona"da davam etdirən Arda Turanla telefon vasitəsi ilə danışıb.
Sportnet.az-ın məlmatına görə, Burak yaxın dostu ilə görüntülü söhbət edib. Daha sonra isə həmin anın şəklini çəkərək "İnstagram" hesabının hekayə bölməsinə "Geliyor" yazıb. Adı transferdə hallanan Ardanın Türkiyəyə qayıdacağı ehtimal olunur.
"Barselona"da heyətdən kənarda qalan futbolçu ilə "Qalasaray"la yanaşı bir sıra klublar maraqlanır. Arta Turanın meneceri Ahmet Bulud onun Kataloniya klubundan ayrılacağını söyləyib.