1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yunis Hüseynov: "Mərhələ keçməyə həvəsliyik"
"Kəpəz" komandası Azərbaycan Kubokunun ¼ final mərhələsində "Keşlə” ilə keçirəcəyi ilk oyuna hazırlığını Bakıda davam etdirir. Sportnet.az-ın məlumatına görə, Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov qarşıdakı görüşlə bağlı fikirlərini kapazpfc.az saytına açıqlayıb.
O, meydana qələbə üçün çıxacaqlarını bildirib: "Çempionatda qış fasiləsi yarandığından, bütün diqqətlər kubok oyunlarına yönəlib. Premyer Liqadan qitə miqyaslı turnirə qatılmaq çətin görünür. Amma kubokdan Avropaya gedən yol daha qısadır. Əvvəlki mərhələdə "Binə” ilə görüşdən sonra da bu haqda danışmışdım. Aşağı dəstə təmsilçisi ilə oyunumuz çətin alınmışdı. İndi rəqibimiz elita klubudur. Hər bir komanda kubokda qalib gəlmək istəyir. Bizim kimi "Keşlə” də qarşıdakı matçlara səylə hazırlaşır. Mərhələ keçməyə həvəsliyik. Amma necə olacağını zaman göstərəcək".
Lakin Hüseynovun fikrincə, oyun çətin keçəcək: "Premyer Liqa klubları arasında asan görüş yoxdur. Hər iki komandada baş məşqçi dəyişikliyi olub. Bakı təmsilçisinə Ramiz Məmmədov rəhbərlik edir. Onlar da istəklidirlər. Komandalar bir-birilərinə qarşı ciddi hazırlaşır. Çalışıb elə oyun nümayiş etdirməliyik ki, mərhələ keçən tərəf biz olaq. Futbolçularla bu haqda ciddi söhbətimiz olub. Avropaya getmək üçün ən real şans kubokdur. Ona görə də imkandan lazımınca istifadə etməliyik. Komandaya inanıram. Amma bununla belə çox işləmək lazımdır”.
Qeyd edək ki, dekabrın 10-da "İnter Arena"da keçiriləcək "Keşlə" - "Kəpəz" matçı saat 14:00-da başlanacaq.