İspaniyanın "Barselona" klubunun hücumçusu Luis Suares komandanı tərk edə bilər.
Sportnet.az-ın məlumatına görə, Kataloniya təmsilçinə təklif gəldiyi söylənilir. "Barselona"da mövsümə yaxşı başlaya bilməyən və 19 oyunda 6 qola imza atan hücumçunu bir sıra Avropa klubları heyətində görmək istəyir.
"Don Balon" qəzeti "Ayaks"ın 30 yaşlı futbolçunu yenidən heyətinə qatmaq niyyətində olduğunu yazıb. Bu təklifdən xəbərdar olan Messi komanda yoldaşının klubda qalmasını tövsiyə edib.
Qeyd edək ki, Luis Suaresin "Barselona"da 2021-ci ilə qədər müqaviləsi var.