Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib. Sportnet.az-ın məlumatına görə, hər iki qarşılaşmalar paytaxtda olub.
Əvvəlcə "Keşlə" ilə "Kəpəz" üz-üzə gəlib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 18-ci dəqiqədə Pərdis Fərcad-Azad açıb. 40-cı dəqiqədə isə Rafael Məhərrəmli son nöqtəni qoyub.
"Zirə" ilə "Neftçi" komandaları arasındakı görüşdə də meydan sahibləri üstün olub. Lakin bu dəfə cəmi 1 qol vurulub ki, onun da müəllifi David Manqa olub. Manqa 86-cı dəqiqədə uzaq məsafədən dəqiq zərbə ilə fərqlənib.
1/4 final mərhələsinin daha 2 oyunu dekabrın 11-də olacaq. "Qəbələ" "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. Cavab görüşləri 14-15 dekabrda keçiriləcək.
Azərbaycan Kuboku, 1/4 final
İlk oyunlar
10 dekabr (bazar)
14:00. "Keşlə” – "Kəpəz” - 2:0
Qollar: Pərdis Fərcad-Azad, 18. Rafael Məhərrəmli, 40
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektior: Murad Məmmədov
"İnter Arena”
16:00. "Zirə” – "Neftçi” 1:0
Qol: David Manqa, 86
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu.