1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yunis Hüseynov: "Şanslar yenə bərabərdir"
"Yaxşı nəticə əldə etmək istəyirdik, amma alınmadı. Gəncədə cavab oyunumuz var. İnanıram ki, cavab görüşündə daha yaxşı oynayacağıq”.
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz”in baş məşqçisi Yunis Hüseynov səfərdə "Keşlə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra mətbuat konfransında deyib. 52 yaşlı mütəxəssis bildirib ki, bu mərhələdən başlayaraq, kubok matçları iki oyundan ibarət olduğundan, şanslar yenə bərabərdir.
Qeyd edək ki, cavab görüşü dekabrın 14-də Gəncə şəhər stadionunda keçiriləcək.