"Biz də qələbə qazanmaq istəyirik. Amma olmur. Həm çempionatda, həmdə kubokda "Qarabağ"ı ilk hissədə üstələsək də, yekunda uduzduq. Lakin 1:2 hesablı məğlubiyyət heç də pis nəticə deyil".
O, deyib ki, "Sumqayıt" evdə keçirəcəyi cavab matçında mübarizə apararaq mərhələ adlaya bilər: "Səhvlərimizi analiz edib, yaxşı nəticə qazanmağımız mümkündür. İkinci hissədə rəqibin təzyiqi artdıqca, arxaya oturmağa məcbur qalırsan. Yəni, bu bizim oyundan deyil, rəqibin təzyiqindən asılıdır".
Təcrübəli futbolçu "Sumqayıt"ın qapıçısı Fərhad Vəliyevin qırmızı vərəqə aldığı epizoda da toxunub: "Referi epizoda yaxın idi. Fikrimcə, "qırmızı" vardı. Fərhad bizim aparıcı futbolçumuzdur. Çalışacağıq cavab matçında müsbət nəticə əldə edək. Ümid həmişə var. Şansımızdan yararlanmağa çalışacağıq".