
Türkiyənin "Qalatasaray" klubu Fatih Terimlə danışıqlara başlayıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi vəzifəsi tezliklə 64 yaşlı mütəxəssisə həvalə olunacaq.
Artıq Terimin özü də sosial şəbəkədə "Harada qalmışdıq?" deyə paylaşım edib. Onun dekabrın 24-də Super Liqada XVII turun "Göztəpə" ilə oyununda "Qalatasaray"ın sükanı arxasında olacağı gözlənilir.
Qeyd edək ki, Fatih Terim 1996 - 2000, 2002 - 2004 və 2011 - 2013-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub. O, "sarı-qırmızılar"a 6 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Super Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə UEFA Kuboku, 1 dəfə isə "Emirates Cup" qazandırıb.