Türkiyənin "Qalatasaray" klubu yeni baş məşqçisi Fatih Terimlə 1,5 illik müqavilə imzalayıb.
Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis 2017-2018-ci ilin ikinci hissəsində 1 milyon avro, 2018-2019 mövsümü üçün 2 milyon avro qazanacaq.
Fatih Terim mətbuat konfransında həyatının bu klubda keçdiyini söyləyib:
"İqor Tudora təşəkkür edirəm. "Qalatasaray"ın mənə ehityacı olduğunu eşidəndə düşünmədən qəbul etdim. Tələsməliyik, ancaq təşvişə düşməməliyik. Çünki görüləsi çox işimiz var. Klub prezidenti, mən, idarə heyəti və möhtəşəm "Qalatasaray” azarkeşləri klubu haqq etdiyi yerə daşımalıyıq. Bu gün komandanı ilk məşqə çıxartdım. Çatışmazlıqları aradan qaldırmalıyıq.
Təcrübəli mütəxəssis azarkeşlərə də təşəkkür edib:
"Azarkeşlər xoşbəxtdirsə, klub uğur qazanacaq. "Qalatasaray” gələn il mütləq Avropada olmalıdır. Bunun üçün mövsümü yaxşı yerdə başa vurmalıyıq. Futbol nəticəyə hesablanmış oyundur. Qarşıdakı matçlarda "Qalatasaray” 3 xalı qazanmaq üçün meydanda hər şeyi edəcək. Derbilərdə heç kimin məğlub olmaq istəmir. Məğlub olanda da sona qədər mübarizə aparmaq mənim üçün çox önəmlidir. Komanda məğlub olanda da ruhunu ortaya qoymalıdır”.