Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, BƏƏ-nin U-18 yığması ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb. Qolları Anna Abulaşvili, Nigar Mirzəliyeva və Umnisə Əliyeva vurub.
Bu, iki komanda arasında ikinci yoxlama oyunu olub. Əvvəlki görüşdə də millimiz qalib gəlib - 2:0.