1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prosineçki: "Azərbaycanda futboldan çox döyüş sənəti var idi"
"Azərbaycan yığmasından oktyabrın sonlarında ayrılmışam. Bundan sonra istirahətdən zövq alır, ardından böyük enerji ilə işləmək istəyirsiniz".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki vətəni Xorvatiyada "Jutarnji List"ə müsahibəsində deyib. 48 yaşlı mütəxəssis Azərbaycan yığmasında fəaliyyətini davam etdirmə təklifini qəbul etməməsindən təəssüflənmədiyini bildirib: "Azərbaycandakı 3 ilim əla keçdi. Bu illər həqiqətən də xoş xatirələr kimidir. Gözəl şəhərdə əla iş şəraiti, normal nəticələr... Bakıda çoxlu dost qazandım. Mənim başqa heç bir problemim yox idi. Amma hiss edirdim ki, komanda ilə yeni addım ata bilmərəm. Bu isə irəli getməyimin gərəkliyi üçün bir işarə idi. Məni pulları götürüb rahatca işləmək imkanı maraqlandırmayıb. Mən dərindən nəfəs alan məşqçi olmaq istəyirəm".
Xorvatiyalı mütəxəssis yaxşı oyunla nəticəyə can atan komanda qurmaq istədiyini bildirib. Onun fikrincə, Azərbaycan yığması ilə "Barselona" kimi futbol sərgiləmək mümkün deyil: "Əlbəttə, buna can atmaq olar. Amma bir çox dəqiq reallıqlar var ki, onları heç kim poza bilməz. İstərdim ki, oyunumuz istənilən səviyyədə, futbolçularımız isə keyfiyyətli, məşqçinin arzusuna əməl edəcək səviyyədə olsunlar. Buna görə də müəyyən səviyyədən aşağıya getmək istəmirəm. Azərbaycanda hər şey əla idi. Amma orada futboldan çox döyüş sənəti var idi. Siz isə bunu dəyişə bilməzsiniz".
Qeyd edək ki, Robert Prosineçkinin AFFA ilə müqaviləsi uzadılmayıb. Hazırda xorvatiyalı mütəxəssis işsizdir.