Qazaxıstanın "Tobol" klubunun futbolçusu Eqon Vux Azərbaycandan təklif alıb. Sportnet.az-ın məlumatına görə, bu barədə çexiyalı yarımmüdafiəçinin özü ölkəsinin mətbuatına açıqlamasında bildirib.
26 yaşlı oyunçu komandanın adını çəkməsə də, Bakını təmsil etdiyini bildirib. Lakin Vux "Tobol"da qalmağa qərar verdiyini söyləyib: "Hələ klubumla bir illik müqaviləm var. Görək, vəziyyət necə alınacaq... İstərdim ki, "Astana" və ya "Kayrat"da çıxış edim".
Qeyd edək ki, Eqon Vux "Tobol"da "Qəbələ" və "İnter"in sabiq yarımmüdafiəçisi Nika Kvekveskirinin komanda yoldaşıdır.