
İngiltərə Premyer Liqasının 21-ci turunda "Liverpul" klubu doğma meydanda "Lester Siti" ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Liverpul"un iki qolunu da Məhəmməd Salah vurub.
O, görüşün 52 və 76-cı dəqiqələrində fərqlənib. Qonaqların yeganə qolunu isə 3-cü dəqiqədə Ceymi Vardi vurub.