İngiltərə Premyer Liqasının 22-ci turunda "Liverpul" klubu səfərdə "Börnli" üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Liverpul"un heyətində Sadio Mane matçın 61-ci dəqiqəsində hesabı açıb.
Meydan sahibləri bərabərlik qolunu matçın sonlarında vurub. Yohan Qudmundson qarşılaşmanın 88-ci dəqiqəsində fərqlənib. Bu qol da görüşdə sonuncu olmayıb. "Liverpul"un futbolçusu Ragnar Klavan matça artırılmış 4-cü dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb.







































































