Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iki yoldaşlıq oyunları keçirəcək.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşacaq.
Hər üç oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.