İngiltərə Premyer Liqasının 23-cü turunda Londonun "Arsenal" klubu səfərdə "Bornmunt" ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Birinci hissədə qapılara qol vurulmayıb. Matçın 52-ci dəqiqəsində qonaqlar hesabı açıb. Hektor Bellerin 52-ci dəqiqədə fərqlənib. Görüşün 70-ci dəqiqəsində meydan sahibləri bərabərlik qolunu vura bilib.
"Bornmunt"un heyətində Callum Vilson 70-ci dəqiqəsində azarkeşləri sevindirib. Bu qoldan 4 dəqiqə sonra meydan sahibləri daha bir qol vurmağı bacarıb. Cordon Ayb 74-cü dəqiqədə fərqlənməklə komandasına qələbə qazandıran qola imza atıb.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra "Arsenal" 39 xalla 6-cı yerdə qərarlaşıb. "Bornmunt" klubu isə xallarının sayını 24-ə çatdıraraq, 13-cü yerdədir.










































































