Türkiyənin Antalya bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" komandası toplanışın 8-ci gününü bir məşqlə başa vurub.
Sportnet.az-ın məlumatına görə, komanda üzvləri dəniz sahilində səhər qaçışı ilə günə başlayıb. Təxminən 40 dəqiqə sonra Samir Abasovun rəhbərliyi altında kollektiv fitness zalında çalışıb.