"Milli və klubda hər şey fərqli ola bilər. Hadisələrin necə inkişaf edəcəyinə baxacağıq”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Ramil Şeydayev deyib.
Yığmamızın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sabah Moldova millisi ilə üz-üzə gələcək.
Hücumçu oyunla bağlı fikirlərini bölüşüb. O, çətin qarşılaşma olacağını deyib:
"Qurban Qurbanovun rəhbərliyi altında ilk oyunumuza çıxacağıq. Bizim üçün asan matç olmayacaq”.
Mərkəz hücumçusu millimizin Millətlər Liqasındakı rəqiblərini dəyərləndirib: "Millətlər liqasında maraqlı qrupa düşmüşük və futbolçularla bu haqda danışmışıq. Qrupdan çıxmaq gücümüz var və əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, qrupdan çıxacağıq. Bunun əksini isə düşünmək istəmirəm”.
Bundan öncə U-21 yığmamızın təlim-məşq toplanışında iştirak edən Şeydayev bununla bağlı danışıb. O, klubunda komanda yoldaşı olduğu Rəşad Sadıqovun rəhbərliyi altında çıxış etməsindən söz açıb: "Bu, futbolda normal haldı. Belə vəziyyətlərdə subardinasiyanı gözləmək lazımdı. İndiki vəziyyətdə daha çox oynamaq vacibdi. U-21-də və "Qarabağ”da oynamışam, ola bilər ki, sabah Moldovaya qarşı oyunda da meydanda olum”.
"Dino Ndlovunun yoxluğunda necə olacağına baxarıq. Görək, baş məşqçimiz nə qərar verəcək. Çempionat başlayandan sonra bu suala aydınlıq gələcək”.