Milli komandamızın və "Anortosis”in üzvü Araz Abdullayev yaşıl meydanlara geri dönüb.
Sportnet.az Kipr klubunun saytına istinadən verdiyi məlumata görə, o, komanda ilə birlikdə məşqlərə başlayıb.
Zədə səbəbindən Kipr çempionatının 22-ci turunda "Pafos”la dünən keçirilən matçda iştirak etməyən yarımmüdafiəçinin "Omoniya” ilə növbəti turda baş tutacaq görüşdə iştirak edəcəyi ehtimal olunur.
Qeyd edək ki, "Anortosis” – "Omoniya” qarşılaşması fevralın 7-də keçiriləcək.