1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İtaliya və İsveçrədə 4 qol - YENİLƏNDİ
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları start götürüb.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə biri İsveçrədə, digəri İtaliyada olmaqla iki matç baş tutub. Hər iki qarşılaşmada qapılara 4 qol vurulub. Turnirin favoritlərindən sayılan "Mançester Siti” İsveçrədə "Bazel”ə heç bir şans vermədən 4 cavabsız qolla darmadağın edibsə, İngiltərənin digər təmsilçisi "Tottenhem" İtaliyada "Yuventus"la məhsuldar heç-heçəyə nail olub.
"Bazel”in heyətində Cermano Vaylati və Luka Zuffi zədə üzündə ingilislərlə görüşü buraxıb. "Mançester Siti” isə anoloji səbəbdən Benjamen Mendi, Leroy Sane, Qabriel Xesus və Fabian Delfin xidmətindən yararlana bilməyib.
"Tottenhem”in düşərgəsində itki olmadığı halda, Çempionlar Liqasının son finalçısı "Yuventus”un heyətində Xuan Kuadrado, Blez Matyuidi və Paolo Dibala və Andrea Bartsalyi zədə üzündən meydana çıxa bilməyib.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
13 fevral
23:45. "Bazel” (İsveçrə) – "Mançester Siti” (İngiltərə) 0:4
Qollar: İlkay Gündoğan, 14;53. Bernardo Silva, 18. Serxio Aqüero, 23
Baş hakim: Yunas Eriksson (İsveç)
23:45. "Yuventus” (İtaliya) – "Tottenhem” (İngiltərə) 2:2
Qollar: Qonsalo İquain, 2; 9 (pen.) - Harri Keyn, 35. Kristian Eriksən, 72
Baş hakim: Feliks Brıx (Almaniya)
Qeyd edək ki, cavab görüşləri martın 7-də keçiriləcək.