1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Faruk Miya: "Azarkeşlərin dəstəyi elə də önəmli deyil"
"Səbail"in yeni transferi Faruk Miya "Qarabağ"la oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə o, maraqlı fikirlər səsləndirib.
- İlk oyunun barədə nə deyə bilərsən?
- Öncə demək istəyirəm ki, bura gəldiyimə göə xoşbəxtəm. Birinci oyunum idi. Çox çətin qarşılaşma oldu. Rəqib haqda məlumatlıydım. "Qarabağ” yaxşı bir komandadır. Yaxşı mübarizə apardıq, amma 1:0 hesabı ilə məğlub olduq. Nəsə etməliyik ki, növbəti oyunlarda məğlub olmayaq. Daha yaxşı nəticə üçün səy göstərməliyik.
- "Səbail”in də qol epizodları oldu. "Qarabağ” ədalətli qələbə qazandı?
- Bizim səhvlərimiz də oldu. Buna baxmayaq qol epizodları da yarandı. Bəxtimiz də gətirmədi. Ümumi götürsək, pis oynamadıq.
- Əvvəlki klubunda çoxlu azarkeşlər önündə oynamısan. Bu gün isə rəqibin azarkeşi sizdən çox idi. Atmosferi görəndə nə düşündün?
- "Standard”da dolu tribunalar önündə oynayırdım. Mənim üçün bu önəmli deyil. Meydana çıxıb özümə inanmalıyam. Azarkeşlərin dəstəyi o qədər də önəmli deyil.