1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Topaz Premyer Liqasının startı təxirə salınır
Topaz Premyer Liqasında 2018-2019 mövsümünə avqustun 10-da start verilməyəcək.
Sportnet.az-ın məlumatına görə, həmin gün "Qarabağ" və "Zirə" komandaları arasında keçirilməsi nəzərdə tutulan start oyunu təxirə salınacaq. Bu, Ağdam təmsilçisinin Çempionlar Liqasında Belarus BATE-si ilə keçirəcəyi III təsnifat mərhələsinin cavab görüşünə daha yaxşı hazırlaşmaq istəyi ilə əlaqədardır. Bu barədə baş məşqçi Qurban Qurbanov Bakıdakı ilk matçdan sonrakı mətbuat konfransında açıqlama verib: "Açığı, öncədən belə fikirim yox idi. Qərarı bu görüşdən sonra verdik. Peşəkar Futbol Liqası və "Zirə”dən xahiş edəcəyik ki, matçın təxirə salınmasına razılıq versinlər".
Daha əvvəl BATE-nin avrokuboklardakı oyunları ilə əlaqədar Belarus Kubokunda "Qorodeya" ilə 1/8 final matçını noyabrın 17-nə, ölkə çempionatında isə Brest "Dinamo"su ilə XVIII tur qarşılaşması oktyabrın 31-nə təxirə salınıb.
Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı təxirə salınsa, açılış oyunu avqustun 11-də "Dalğa Arena"da "Sumqayıt" və "Neftçi" komandaları arasında keçiriləcək. Görüş saat 20:00-da başlanacaq. Bu matçın "Kapital Bank Arena"da baş tutmamasını səbəbi Sumqayıtdakı stadionun təmirə bağlanmasıdır. Avqustun 12-də əvvəlcə "Qəbələ" "Səbail"i qəbul edəcək. Qəbələ şəhər stadionundakı görüş saat 19:00-da başlanacaq. Saat 21:00-da isə "Keşlə" "ASK Arena"da "Sabah"ı sınağa çəkəcək.