1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" - "Neftçi" oyununda azarkeş rekordu
Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün tamaşaçı rekordu qeydə alınıb.
Sportnet.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, III turun "Qarabağ” – "Neftçi” qarşılaşması (1:1) tamaşaçı sayında mövsümün arxada qalan hissəsi üçün ən yüksək göstərici ilə diqqət çəkib.
"Azersun Arena”da keçirilən matçı 3000 nəfər izləyib. İlk iki turda rekord "Səbail” – "Qarabağ” görüşünə (0:2) məxsus idi. "Bayıl Arena”dakı görüşü Azərbaycan derbisindən təxminən 3 dəfə az – 1050 tamaşaçı toplamışdı.
Qeyd edək ki, arxada qalan 3 turun 11 oyununu ümumilikdə 8700 tamaşaçı izləyib. Bunun da yarıdan çoxu – 4450-si hesabat turunda qeydə alınıb.