1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əliyar Ağayevin idarə etdiyi oyunda darmadağın - VİDEO
Rusiya və Çexiya yığmaları arasında yoldaşlıq görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Rostov Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada hesabı 8-ci dəqiqədə Aleksey İonov açıb. O, 29-cu dəqiqədə penaltini də dəqiq yerinə yetirib. Meydan sahiblərinin digər qollarına 24-cü dəqiqədə Anton Zabolotnı, 79-cu dəqiqədə Aleksandr Yeroxin və 83-cü dəqiqədə Dmitri Poloz imza atıb. Qonaq komandanın təsəlli qolunu isə 74-cü dəqiqədə Tomaş Souçek vurub.
Ağayev oyunda hər iki sarı vərəqəni çexiyalı futbolçulara göstərib. 28-ci dəqiqədə yan Boril, 63-cü dəqiqədə Tomaş Souçek cəzalanıb.
Qeyd edək ki, Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov yardımçı olub.