Azərbaycanlı futbolçu Ayaz Quliyev çıxış etdiyi Rusiyanın "Rostov" klubu Rusiya Premyer Liqasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, komanda 7-ci turda səfərdə "Ural"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Matça start heyətdə başlayan A.Quliyev sona qədər meydanda olub. 22 yaşlı yarımmüdafiəçi görüşün 49-cu dəqiqəsində "Rostov"un vurduğu qolda məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, bu nəticədən sonra "Rostov" 14 xalla ikinci pillədə qərarlaşıb. "Ural" isə 5 xalla 14-cüdür.