"Keşlə" və "Sumqayıt" komandaları arasındakı Topaz Premyer Liqasının V tur matçında insident baş verib.
Sportnet.az-ın məlumatına görə, 78-ci dəqiqədə qonaq komandanın hücumçusu Atilla Yıldırım meydan sahiblərinin müdafiəçisi Denis Silva və qapıçı Kamran Ağayevin qəzəbinə tuş gəlib. Buna Yıldırımın penalti tələb etməsi səbəb olub. "Sumqayıt"ın oyunçusu "Keşlə"nin cərimə meydançası daxilində braziliyalı legionerin kobud oyunu ilə üzləşdiyini iddia edib. Bundan sonra əvəlcə Denis Silva, sonra isə Ağayev ona yaxınlaşaraq, fiziki təzyiq göstərməyə çalışıblar. Yıldırım isə baş hakim Orxan Məmmədovdan penalti tələb edib.
Lakin referi həm Denis Silva, həm də Atilla Yıldırıma sarı vərəqə göstərib.
Qeyd edək ki, görüş "Sumqayıt"ın qələbəsi ilə yekunlaşıb - 2:1.